Netanyahu Səudiyyə Ərəbistanına "yaxşı qonşuluğa" görə təşəkkür etdi


İsrailin baş naziri Benyamin Netanyahu İsrail sərnişinlərini daşıyan təyyarənin “texniki problemlər” səbəbilə Ciddəyə təcili eniş etməsinə icazə verdiyi üçün Səudiyyə Ərəbistanı hökumətinə təşəkkür edib.


İsrail baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Netanyahu Səudiyyə rəsmilərinin təyyarəsi qəzaya uğrayan və Ciddədə təcili eniş etməli olan İsrail sərnişinlərinə qarşı isti münasibətini təqdir etdiyini bildirib.

Sərnişinlərin ölkələrinə gəlməsindən məmnunluğunu ifadə edən İsrailin baş naziri, “Yaxşı qonşuluq münasibətlərini çox yüksək qiymətləndirirəm” - deyə bildirib.

İsrail Xarici İşlər Nazirliyi 128 İsrail sərnişini ilə Seyşel adalarından Təl-Əvivə gedən Air Seychelles şirkətinə məxsus təyyarənin dünən axşam saatlarında Səudiyyə Ərəbistanının Ciddə şəhərində "texniki nasazlıqlar" səbəbindən məcburi eniş etdiyini bildirib.

Ciddə hava limanında oteldə gecələyən israilli sərnişinlər bu gün aviaşirkətin ayırdığı başqa bir təyyarə ilə Ciddədən Təl-Əvivə uçub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu