Netanyahu İsraillə Səudiyyə Ərəbistanının sülhə yaxın olduğunu deyib


İsrail və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa yaxınlaşır və bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş olardı.


İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən buna əminliyini ifadə edib.

O, çıxışında İsrailin xarici siyasətindəki prioritetləri dəyişdirmək qərarının düzgünlüyünü bir daha bəyan edib və əvvəlcə fələstinlilərlə razılaşmağa çalışmaq əvəzinə, münasibətlərin normallaşdırılması təklifi ilə digər ərəb ölkələrinə müraciət edib. Netanyahu xatırladıb ki, 2020-ci ildə ölkəsi ABŞ-ın vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla bir anda barışa bilib. Bu müqavilə İbrahim Sazişləri adlanır.

"İbrahim razılaşmaları, şübhəsiz ki, yeni sülh dövrünün müjdəçisi idi. Amma mən əminəm ki, biz daha da təsir edici bir irəliləyişin - İsrail və Səudiyyə Ərəbistanı arasında tarixi sülhün astanasındayıq", - deyə Netanyahu qeyd edib.

O qeyd edib ki, belə bir sülh ərəb-İsrail münaqişəsinin sona çatmasına böyük töhfə verəcək, digər ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmağa təşviq edəcək, fələstinlilərlə sülh perspektivlərini gücləndirəcək, yəhudilik və İslam, Qüds arasında geniş barışığa kömək edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu