Flydubai Tel-Əviv reysində baş verən hadisə ilə bağlı açıqlama yaydı



Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus Flydubai aviaşirkəti Dubay-Tel-Əviv reysini həyata keçirən təyyarənin pilot kabinində baş verən hadisə ilə bağlı açıqlama verib. 

AFN.az xəbər verir ki, aviaşirkət hadisənin səbəbinin hələlik müəyyən edilmədiyini bildirib.

Aviaşirkətin rəsmi saytında yayılan açıqlamada Dubaydan Tel-Əvivə həyata keçirilən FZ1073 nömrəli reys zamanı pilot kabinində mübahisə baş verdiyi, lakin hadisənin motivinin hələ məlum olmadığı qeyd edilib.

Açıqlamada sözügedən reysin heyətinin hadisəyə müdaxilə edərək vəziyyətə nəzarəti təmin etdiyi bildirilib. Marşrutun dəyişdirilərək təyyarənin Ben Qurion hava limanı əvəzinə Təbuk hava limanına endiyi qeyd olunub.

Sərnişinlərin və heyətin Təbuk hava limanına transferini təmin etmək üçün 2 təyyarənin göndərildiyi, həm sərnişinlərin, həm də heyət üzvlərinin səhhətinin yaxşı olduğu bildirilib.

Flydubai hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu