Toyuq filesi marketlərdən niyə yoxa çıxıb? - AÇIQLAMA
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bakıda market və mağazalarda toyuq filesi qıtlığı ilə bağlı məlumata aydınlıq gətirib.
Sədr Qaynarinfo-ya açıqlamasında bildirib ki, toyuq məhsulları ilə bağlı istehsal dəyişməyib:
"Ötən ilki istehsalla indiki istehsalda heç bir fərq yoxdur. Bu il ötən illə müqayisədə təlabat artıb. Biz bir neçə fabrikı danışıqlar aparıb istehsalı artırdıq. Çox yaxın zamanda, bəlkə də sabah marketlərdə file bolluğu yaşanacaq".
Filenin qiymətinə gəlincə, sədr artıma rast gəlmədiyini vurğulayıb:
"Ola bilər ki, file qıtlığı olan günlərdə bundan istifadə edib. Fabriklərdən çıxış qiyməti ilə topdansatış qiyməti eynidir".
Qeyd edək ki, Bakıda marketlərdə satışda toyuq filesi qıtlığı müşahidə olunur. Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur, bir sıra satış məntəqələrində isə əvvəlki qiymətlə müqayisədə daha baha satıldığı deyilir. Hazırda toyuq filesinin ən ucuz qiymətinin 8,5 manat olduği bildirilir.

