Meta süni intellekt investisiyalarından 4 milyard dollarlıq vergi üstünlüyü əldə edib



ABŞ mətbuatı Meta şirkətinin süni intellekt investisiyaları hesabına vergi yükünü 4 milyard dollar azaltdığını iddia edib.

AFN.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti Meta vergi bəyannaməsində süni intellekt məlumat mərkəzlərinin uğursuzluqla nəticələnə biləcək nəhəng bir təcrübə olduğunu bildirməsi və bunun şirkətin 2025-ci il üzrə vergi öhdəliyini təxminən 4 milyard dollar azaltması iddia edilib.

New York Times qəzetinin bazar mənbələrindən dörd nəfərə istinad etdiyi xəbərində şirkətin ABŞ Daxili Gəlirlər Xidmətinə (IRS) təqdim etdiyi vergi bəyannaməsində süni intellekt məlumat mərkəzlərinin uğursuzluqla nəticələnə biləcək nəhəng bir təcrübə olduğunu bildirdiyi qeyd olunub.

Xəbərdə Meta-nın digər şirkətlərdən satın alınan çiplər də daxil olmaqla kommersiya baxımından uğuru sübut edilmiş prosessorları süni intellekt müəssisələrində istifadə edildikdə eksperimental material kimi təsnif etdiyi bildirilib.

IRS qeydlərinə görə, sözügedən vəziyyət Meta-nın 2025-ci il üzrə vergi öhdəliyini təxminən 4 milyard dollar azaldıb. Xəbərdə şirkətin IRS qeydində açıq səhmdar şirkətlər arasında bu təşviqdən ən çox yararlanan qurum kimi göstərildiyi bildirilib.

Xəbərdə sözügedən strategiyanın 1980-ci illərə dayanan vergi tənzimləməsinə əsaslandığı, standart kommersiya fəaliyyətləri əvəzinə innovasiyanı təşviq etmək məqsədilə aparılan tədqiqatlarda istifadə olunan materiallar üçün vergi krediti təmin etdiyi də qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu