Meta süni intellekt büdcəsinə görə 8 min nəfəri işdən çıxaracaq



Meta şirkəti süni intellekt layihələrinə hər zamankindən daha çox büdcə ayırdığı bir dövrdə gələn ay minlərlə işçisinin fəaliyyətinə son verəcək.

AFN.az xəbər verir ki, şirkət cümə axşamı işçilərinə göndərdiyi məlumat qeydində işçi qüvvəsinin 10 faizinə bərabər olan təxminən 8 min nəfəri işdən çıxarmağı planlaşdırdığını bildirib. Bundan əlavə, işə qəbul prosesindəki minlərlə boş vakansiyanın da doldurulmayacağı açıqlanıb.

İşdən çıxarmaların əsas səbəbi kimi Metanın süni intellekt də daxil olmaqla digər sahələrdəki xərclərini artırması göstərilib. Şirkətin bu il süni intellekt üçün 135 milyard dollar xərcləyəcəyi ifadə edilib ki, bu rəqəmin Metanın son üç ildə süni intellektə etdiyi ümumi xərclərə bərabər olduğu qeyd edilib.

Meta sözçüsü planlaşdırılan ixtisarları təsdiqləsə də, mövzu ilə bağlı daha ətraflı açıqlama verməkdən yayınıb.

Xatırladaq ki, Meta-nın rəhbəri Mark Zukerberq yanvar ayında verdiyi bəyanatlarda bu il yenidən işdən çıxarmaların olacağına dair siqnallar vermişdi.

Süni intellekt alətlərindən intensiv istifadə edən işçilərin daha səmərəli fəaliyyət göstərdiyini bildirən Zukerberq əvvəllər böyük komandalar tələb edən layihələrin artıq tək bir nəfər tərəfindən tamamlana bildiyinə diqqət çəkib. O, 2026-cı ilin süni intellektin iş formasını kökündən dəyişməyə başladığı il olacağını qeyd edib.

Süni intellekt investisiyalarına üstünlük verən digər texnologiya nəhəngləri də oxşar qərarlar qəbul edirlər. Bu il Amazon 30 mindən çox, Oracle isə 10 mindən çox işçisini işdən çıxarıb. Microsoft da cümə axşamı günü təcrübəli əməkdaşlarına könüllü işdən ayrılma paketləri təklif edəcəyini elan edib.

Texnologiya dünyasındakı bu kiçilmə dalğasında şirkətlərin artan süni intellekt imkanlarını və bu texnologiyaya yönəlmiş nəhəng investisiyalarını əsas gətirdikləri müşahidə olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu