Microsoft İndoneziyada süni intellekt və bulud sistemlərinə 1,7 milyard dollar sərmayə qoymağı planlaşdırır


ABŞ-ın texnologiya şirkəti Microsoft İndoneziyada bulud saxlama sisteminə (Cloud) və süni intellekt infrastrukturuna 1,7 milyard dollar sərmayə qoyacağını açıqlayıb.



Şirkətin internet saytında verilən açıqlamada Microsoft-un İcraçı Direktoru (CEO) Satya Nadellanın paytaxt Cakartada İndoneziya prezidenti Coko Vidodo ilə görüşdüyü və texnologiya sahəsində investisiyaları müzakirə etdiyi bildirilib.

Açıqlamada məlumatların saxlanacağı yeni bulud sistemi və süni intellekt infrastrukturunun inkişafı üçün İndoneziyada qarşıdakı 4 il ərzində 1,7 milyard dollarlıq investisiya qoyulacağı bildirilib.

Açıqlamada qeyd edilib ki, investisiya həm də 840 min insana süni intellekt təhsili verəcək.

1,7 milyard dollarlıq sərmayənin Microsoftun İndoneziyaya ən böyük investisiyası olacağı açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu