Respublika TTYM-ə yeni rəhbər təyin edilib?


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni rəhbər təyin edilib.

Bu barədə AFN.az-a oxucu məlumat verib. Bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Oqtay Gözəlov adlı şəxs rəhbər təyin edilib. Oxucumuz onun əvvəllər Qızıl Aypara Cəmiyyətində çalışdığını bildirsə də, araşdırmalarımıza görə, O.Gözəlov sxüsusilə yoluxucu xəstəliklər və vərəmlə mübarizə üzrə tanınmış mütəxəssisdir. O, xeyli müddətdir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqramlarında ekspert və rəsmi nümayəndə olaraq fəaliyyət göstərir. O.Gözəlov Azərbaycanda ÜST, regional təşkilatlar və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tərəfdaşlığı ilə keçirilən Milli Vərəm Proqramlarının, eləcə də "Stop TB Partnerşip" (Vərəmi dayandırın!) layihələrinin əlaqələndirilməsində yaxından iştirak edib.

Xəbəri dəqiqləşdirmək üçün TƏBİB-ə ünvanladığımız sorğuya cavab verilmədi.

***

TƏBİB-dən sorğumuza cavab verilib. Həmin cavabı təqdim edirik:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor təyin olunması ilə bağlı əmr imzalanmayıb.

Bu barədə rəsmi təyinat olacağı halda ictimaiyyətə məlumat təqdim ediləcəkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu