Rusiya dizel yanacağı ixracına qoyulan qadağanı oktyabrın sonunadək uzatdı
Rusiya hökuməti daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə dizel, gəmi yanacağı və qaz yağı ixracına tətbiq edilən qadağanı 31 oktyabradək uzadıb.
AFN.az xəbər verir ki, hökumətin yazılı açıqlamasında müəyyən yanacaq növlərinin ixracına qoyulan məhdudiyyətlərin uzadıldığı bildirilib.
Açıqlamada dizel, gəmi yanacağı və qaz yağı ilə bağlı qadağanın 31 oktyabradək uzadıldığı, benzin ixracına tətbiq edilən qadağanın isə 31 yanvar 2027-ci ilədək qüvvədə qalacağı qeyd edilib.
Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına təşkil etdiyi hücumlar səbəbindən ölkədə çox sayda müəssisə təmirə dayandırılıb. Ölkənin bəzi bölgələrində yanacaq satışına müəyyən məhdudiyyətlər tətbiq edilir.
Rusiya hökuməti də daha əvvəl tədbirlər çərçivəsində benzin və dizel yanacağının ixracını qadağan etmişdi.


