Rusiya aprelin 1-dən etibarən benzin ixracına qadağa qoyacaq



Rusiyanın Baş nazir müavini Aleksandr Novak 1 aprel tarixindən etibarən benzin ixracının qadağan edilməsi ilə bağlı tapşırıq verib. 

AFN.az xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada Novakın neft sektorundakı hadisələrlə bağlı rəsmilərlə keçirdiyi iclasdakı fikirləri əks olunub.

İclasda Yaxın Şərqdəki böhran səbəbindən neft və neft məhsullarının qiymətlərində mühüm dalğalanmaların yaşandığına diqqət çəkən Novak, bununla belə xarici bazarlarda Rusiya enerji resurslarına olan yüksək tələbatın müsbət amil olaraq qaldığını qeyd edib. Neft məhsullarının Rusiyada sabit şəkildə paylanmasının davam etdiyi barədə məlumat paylaşan Novak, sektordakı şirkətlərin kifayət qədər benzin və dizel yanacağı ehtiyatının mövcud olduğunu bildirib.

Daxili bazarda sabitliyin qorunacağını və daxili bazarın prioritet seçiləcəyini vurğulayan Novak, 1 apreldən etibarən benzin ixracının qadağan edilməsi üçün Rusiya Enerji Nazirliyinə müvafiq fərman layihəsinin hazırlanması barədə göstəriş verib. Rusiya daxili bazarda sabitliyi qorumaq üçün müxtəlif yanacaq növlərinə zaman-zaman ixrac qadağası tətbiq edir. Dünyanın ən böyük neft məhsulları istehsalçılarından biri olan Rusiyanın ötən il təxminən 5 milyon ton benzin istehsal etdiyi təxmin edilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu