Rusiya neft hasilatını azaldır


Rusiya martda neft hasilatını sutkada 500 min barel azaldacaq.


Bu barədə baş nazirin müavini Aleksandr Novak məlumat verib. O hesab edir ki, bu qərar bazar münasibətlərinin bərpasına töhfə verəcək.
Onun sözlərinə görə, Rusiya ölkədə hasil edilən neftin bütün həcmini tam satır. Lakin nazir bildirib ki, Moskva Qərb ölkələrinin tətbiq etdiyi taban qiymətinə birbaşa və ya dolayısı ilə əməl edənlərə neft satmayacaq.
Bu baxımdan, Novak Rusiyanın mart ayında könüllü olaraq hasilatı azaldaccağını və gələcəkdə bazardakı vəziyyəti rəhbər tutacağını deyib.
Qeyd edək ki, ötən il dekabrın 5-də G7 ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiya nefitinin satışı üçün taban qiyməti razılaşdırıb. Bu Rusiya nefitinin bir barel üçün 60 dollardan artıq satışına məhdudiyyət tətbiq edib.
Fevralın 5-dən etibarən Rusiyanın Ukraynada müharibəni davam etdirməsinə kömək edən gəlirlərini azaltmaq üçün Rusiya neft məhsullarına taban qiymətləri qüvvəyə minib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu