Martda Rusiya neft ve kondensat hasilatını artırıb


Bu ilin mart ayında Rusiyada gündəlik neft və kondensat hasilatı 10,249 milyon barel təşkil edib.



“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 1,3 % artıb. Eyni zamanda, illik müqayisədə bu göstərici 9,3 % azalıb.

OPEC+ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalmasından 2020-ci ilin may ayından bu yana gündəlik hasilatı 9,7 milyon barel azaldıb. Tələbatın bərpa olunmasından sonra məhdudiyyətlərə düzəlişlər edilib. Bu ilin mart ayında gündəlik hasilat 7,05 milyon barel təşkil edib və aprel ayında gündəlik hasilat isə 6,9 milyon barel həcmində razılaşdırılıb.

Bütün ölkələr üçün hesabat bazası olaraq 2018-ci ilin oktyabr ayı götürülüb. Rusiya və Səudiyyə Ərəbistanı üçün isə bu həcmlər gündəlik olarq 11 milyon barel götürülüb.

Xüsusilə, mart ayında Rusiya kondensat nəzərə alınmadan ancaq neft hasilatını gündəlik olaraq 1,751 milyon barel azaldaraq 9,249 milyon barelə endirməli idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu