Səudiyyə Ərəbistanından "neft sürprizi": qlobal enerji bazarında vəziyyət dəyişdi


Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını gündə 500 min barel azaltmaq qərarı verib.


AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, dünyanın neft nəhənginin verdiyi bu qərar qlobal enerji bazarındakı vəziyyəti dəyişib.

Bir gün əvvəl bəzi OPEC+ ölkələri, o cümlədən Rusiya qlobal xammal bazarında gözlənilməzlik səbəbindən neft hasilatını ilin sonuna qədər azaldacaqlarını açıqlayıb. Rusiya Səudiyyə Ərəbistanının qəbul etdiyi analoji qərarla gündəlik hasilatı 500 min barel azaldacağını bildirib. Ümumilikdə gündəlik xammal istehsalının ümumi azalması 1,5 milyon bareldən çox olacaq. Nəticədə Brent markalı neftin bir barrelinin qiyməti yaxın gələcək üçün 100 dollar olması da mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu