Yaponiya Azərbaycana yeni səfir təyin etdi



Tokuo Furuya Yaponiyanın Azərbaycandakı yeni səfiri təyin olunub.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov bildirib.

Talıbov yaponiyalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

"Biz iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə çalışmağa razılaşdıq", - diplomat qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu