Filarmoniya parkında meyit tapıldı


Bakının mərkəzindəki parkdan meyit tapılıb.

AFN.az xəbər verir ki, hadisə dünən saat 09 radələrində İstiqlaliyyət küçəsi 10-da yerləşən Filarmoniya parkında qeydə alınıb.

Üzərində zorakılıq əlamətləri görünməyən meyit Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevə məxsus olub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu