Tokio “Typhon”ların gələcəyi ilə bağlı Vaşinqtondan cavab ala bilmir


ABŞ hərbçiləri Yaponiyada “Typhon” mobil raket komplekslərinin gələcəkdə yerləşdirilməsi və istifadəsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

AFN.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiyadakı ABŞ Silahlı Qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.

ABŞ hərbçilərinin Yaponiyadakı qərargahından bildirilib ki, komplekslərin gələcək əməliyyatları və fəaliyyətləri barədə şərh verilmir.

“Kyodo” xüsusilə “Typhon” sistemlərinin Okinavadakı Kadena ABŞ Hərbi Hava Qüvvələri bazasında yerləşdirilib-yerləşdirilməyəcəyini və qarşıdakı təlimlərdə istifadə olunub-olunmayacağını aydınlaşdırmağa çalışıb.

Yaponiya Müdafiə Nazirliyi daha əvvəl sentyabrda Kyuşu adasında keçirilən birgə hərbi təlimlər başa çatdıqdan sonra komplekslərin “saxlanılmaq üçün” Kadenaya aparılacağını bildirmişdi. Eyni zamanda bunun “Typhon” sistemlərinin Okinavada daimi yerləşdirilməsi anlamına gəlmədiyi vurğulanmışdı.

“Typhon” mobil qurğuları SM-6 və təxminən 1 600 kilometr mənzilli “Tomahawk” qanadlı raketlərinin buraxılması üçün istifadə oluna bilər. Yaponiya Müdafiə Nazirliyinin məlumatlarına görə, ABŞ və Yaponiya son dövrdə uzaqmənzilli zərbə imkanlarının gücləndirilməsi istiqamətində də əməkdaşlığı genişləndirir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu