ABŞ və Yaponiya hava-hava raketlərinin birgə istehsalı üçün tədbirlər görür
ABŞ və Yaponiya orta mənzilli hava-hava raketlərinin (AMRAAM) birgə istehsalı istiqamətində səyləri sürətləndirəcəklərini açıqlayıb.
Yaponiya mətbuatının məlumatına görə, ölkənin Müdafiə Nazirliyi Havayda keçirilən görüş nəticəsində hər iki tərəfin birgə istehsalın texniki-iqtisadi əsaslandırmasına başlamaq barədə razılığa gəldiyini açıqlayıb.
Açıqlamada AIM-120 orta mənzilli AMRAAM raketlərinin birgə istehsalı üçün aparılacaq texniki-iqtisadi əsaslandırmanın Yaponiyadakı çətinliklər, çatdırılma müddətləri və mümkün istehsal fəaliyyətlərini əhatə edəcəyi bildirilib.
ABŞ daha əvvəl həm İsrailə, həm də Ukraynaya orta mənzilli hava-hava raketləri (AMRAAM) göndərmişdi.