KİV: ABŞ Ukraynaya göndəriləcək F-16-ları qabaqcıl silah sistemləri ilə təchiz edəcək


ABŞ rəhbərliyinin bu yay Ukraynaya göndəriləcək F-16-ları qabaqcıl silah və raket sistemləri ilə təchiz edəcəyi iddia edilir.


Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin yüksək rütbəli ABŞ rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Pentaqon Kiyevin bəzi NATO üzvü ölkələrdən alacağı F-16-ları yüksək texnologiyalı avadanlıqlarla gücləndirəcək.

Məlumatda bildirilir ki, Pentaqon Ukraynaya veriləcək F-16-ları “hava-hava” və “hava-yer” raket sistemləri, həmçinin idarə olunan raket sistemləri və digər yüksək texnologiyalı silahlarla təchiz edəcək.

Müvafiq olaraq, F-16-larda AGM-88 HARM hava-yer raket sistemləri, idarə olunmayan raketləri idarə olunan raketlərə çevirən JDAM dəstləri, orta mənzilli AMRAAM hava-hava raket sistemləri və qısa mənzilli AIM-9X raket sistemləri quraşdırılacaq.

ABŞ Ukraynaya birbaşa F-16 göndərməsə də, NATO-nun əvvəlki sammitində digər NATO ölkələri Belçika, Danimarka, Hollandiya və Norveçin Ukraynaya təxminən 80 ədəd F-16 göndərməsi qərara alınıb.

Bu yay hissə-hissə Kiyevə göndərilməsi gözlənilən F-16-ların Rusiyaya qarşı hava məkanını qorumaqda Ukraynanın əlini gücləndirəcək bir addım kimi qiymətləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu