ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yaradacaq


Birləşmiş Ştatlar regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq üçün Yaponiyada yerləşən qüvvələrinin vahid komandanlığını yaratmaq niyyətindədir.


Bu barədə “Nikkei” qəzetinin mənbələrə istinadən verdiyi məlumatda bildirilir. Qeyd edilir ki, tərəflər Yaponiyanın paytaxtında xarici siyasət və müdafiə nazirlikləri rəhbərlərinin “2+2” formatında görüşünün yekunlarına dair birgə bəyanatda məlumat verə bilərlər.

Yeni struktur Yaponiyadakı 55 min Amerika əsgərinin operativ komandanlığı funksiyalarına keçəcək. Bu funksiyalar indi Havaydakı ABŞ-ın Hind-Sakit Okean Komandanlığına həvalə edilib.

ABŞ-ın Yaponiyadakı Birləşmiş Qüvvələr Komandanlığı, qeyd edildiyi kimi, 2025-ci ilin aprel ayınadək quru, dəniz və havada Özünümüdafiə Qüvvələrinin idarə olunması üçün istifadəyə veriləcək Yaponiya Birləşmiş Komandanlığının analoquna çevriləcək.

Nəşr qeyd edir ki, həm ABŞ Silahlı Qüvvələrində, həm də Yaponiya Özünümüdafiə Qüvvələrində belə komanda strukturlarının yaradılması sülh dövründə birgə təlimlərin və münaqişələr zamanı birgə əməliyyatların planlaşdırılmasının təkmilləşdirilməsi məqsədi daşıyır. Eyni zamanda, Amerika və Yaponiya hərbçiləri, qeyd edildiyi kimi, ayrı-ayrı komanda zəncirlərinə malik olacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu