Almaniya Silahlı Qüvvələri yenidən qurulacaq
Almaniyanın müdafiə naziri Boris Pistoruis Almaniya Silahlı Qüvvələrinin (Bundever) gələcəyə hazır olması üçün orduda struktur islahatları aparmağa qərar verdiyini açıqlayıb.
Pistorius Berlində Almaniya Baş Qərargah rəisi Karsten Breuer və Müdafiə Nazirliyinin müşaviri Nils Hilmer ilə birgə keçirdiyi mətbuat konfransında Almaniya Silahlı Qüvvələrində yenidən strukturlaşma planları haqqında məlumat verib.
Ordunun struktur islahatı ilə bağlı təkliflər üzərində işləmək tapşırığını təxminən 5 ay əvvəl verdiyini xatırladan Pistorius bu məsələ ilə bağlı qərarın bu gün verildiyini və ordunun yenidən qurulmasına imza atdığını qeyd edib.
Alman ordusunun təsirli olmasını istədiklərini söyləyən Pistorius, "Ortaq məqsədimiz Alman ordusunu fövqəladə, müdafiə və müharibə vəziyyətlərində ən yaxşı mövqeyə gətirəcək şəkildə yenidən strukturlaşdırmaqdır" - deyə bildirib.
Bu strukturlaşmada Almaniya Silahlı Qüvvələrinin ortaq bir "Əməliyyat Komandanlığı" və "Dəstək Komandanlığı"na sahib olacağını bildirən Pistorius, Almaniya Silahlı Qüvvələrində operativ idarəetmə və planlaşdırmanın bir əldən həyata keçirilməsinin nəzərdə tutulduğunu ifadə edib.
Pistorius bu yolla qərarların daha sürətli alınacağını və planlaşdırma vəzifəsini də üzərinə götürəcək "Əməliyyat Komandanlığının" NATO, nazirliklər və dövlətlərin əlaqəli olacağını bildirib.