Almaniyanın müdafiə naziri Ukraynaya silah tədarükünün gecikdiyini etiraf edib


Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya silah tədarükünün ləngidiyini etiraf edib, lakin potensialın mümkün qədər tez artırılacağına əmin olduğunu da qeyd edib.



Pistoriusun sözlərinə görə, bu, həm sursatlara, həm də hava hücumundan müdafiə sistemlərinə aiddir. Bununla belə, müdafiə sənayesi bacardığı hər yerdə potensialını artıracağı bildirilib. Bu barədə DW məlumat yayıb.

Nümunə olaraq Almaniya Müdafiə Nazirliyinin rəhbəri Almaniyanın bərpa etməli olduğu Gepard zenit özüyeriyən silahları üçün sursat istehsalını göstərib. Pistorius qeyd edib ki, bu, nisbətən tez həyata keçirilib.

O xatırladıb ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu