Almaniyadan Rusiyanın iddialarına cavab


Rusiya mətbuatının Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanın yüksək rütbəli hərbi rəsmiləri arasında cümə günü görüşün qeydlərini dərc etməsindən sonra Almaniyadan yeni açıqlama gəlib.



Almaniya müdafiə naziri Boris Pistorius açıqlamasında "Bu səs yazısı sabitliyi pozmaq və bizi narahat etmək üçün istifadə olunur" deyib və Putinin müvəffəqiyyət qazanmayacağına ümid etdiyini bildirib. Yayımlanan qeydlərin Putinin apardığı kəşfiyyat müharibəsinin bir parçası olduğunu bildirən Pistorius, orduda başqa heç bir sızıntıdan xəbəri olmadığınıqeyd edib. Pistorius əlavə edib ki, insidentlə bağlı istənilən qərarın verilməsi üçün hərbi araşdırmanın nəticəsini gözləyəcək.

Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyinin sosial mediada verdiyi açıqlamada “Almaniyadan açıqlama gözləyirik” ifadəsi işlədilib.

Rusiya mətbuatı Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanın yüksək rütbəli hərbçiləri arasında keçirilən görüşün səs yazılarını dərc edib. Almaniya Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada genişmiqyaslı araşdırmaya başlanıldığı və bütün lazımi addımların atıldığı açıqlanıb. Hadisədən sonra Almaniya kansleri Olaf Şolz səs yazılarının sızmasının çox ciddi bir məsələ olduğunu bildirib və bu məsələnin çox diqqətlə, intensiv və sürətlə araşdırıldığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu