Kliçko Almaniyanın müdafiə naziri ilə Ukrayna hərbçilərinin olduğu poliqonu ziyarət edib
Boksçu Vladimir Kliçko Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birlikdə Almaniyada təlim keçən Ukrayna hərbçiləri ilə görüşüb.
AFN.az xəbər verir ki, bu barədə özünün Telegram kanalında Kiyev meri Vitali Kliçko bildirib. “Vladimir Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birlikdə Almaniyada ukraynalı döyüşçülərin hazırda təlim keçdiyi və yeni silahların idarə olunması vərdişlərinə yiyələnən poliqonuna baş çəkib”, - deyə Kliçko qeyd edib. O, həmçinin Ukraynaya çatdırılmasını gözləyən Leopard tanklarını əks etdirən bir sıra fotoşəkillər yerləşdirib.
Bundan əvvəl Vitali Kliçko Kiyevdə Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşüb. O, Ukraynaya silah tədarükü ilə bağlı qərarların daha tez qəbul ediləcəyini bildirib.