Almaniya Ukraynaya 80 "Leopard 1" tankı verəcək
Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya 80-ə yaxın "Leopard 1" tankı təhvil verməyi planlaşdırdığını deyib.
Müdafiə naziri "La Vanguardia" nəşrinə müsahibəsində bildirib ki, tədarüklər yaya yaxın başlayacaq. O, həmçinin bu texnika üzrə Ukrayna ordusunun işə başladığını elan edib. Nazir əlavə edib ki, Hollandiya və Danimarka da tədarüklər elan edib.