Bu həftə Polşa Ukraynaya daha 10 "Leopard 2" tankı təhvil verəcək


Bu həftə Polşa Ukraynaya daha 10 "Leopard 2" tankı vermək niyyətindədir.


AFN.az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib. "Biz fevralın 24-də ilk dörd bölməni təhvil verdik. Bu həftə isə daha 10 "Leopard 2" döyüş tankı tədarük edəcəyik" - deyə Blaşak bildirib. Nazirin sözlərinə görə, Polşa əvvəlcə Ukraynaya göndərilən "Leopard" tanklarını təkmilləşdirəcək və onlara xidmət göstərəcək servis mərkəzini işə salmağa hazırdır: "Bu, demək olar ki, "bəbir"ləri olan bütün ölkələrin üzləşdiyi problemdir. Amma bunu ilk növbədə Almaniyanın silah sənayesi həll edə bilər. Ümid edirəm ki, alman həmkarım Boris Pistorius ölkə sənayesini köhnə "Leopard" tankları üçün ehtiyat hissələri təmin etməyə inandıracaq.

Xatırladaq ki, Polşa müasir “Leopard 2” tanklarını Ukraynaya təhvil verən tərəfdaş ölkələrdən ilk olub. Varşava genişmiqyaslı müharibənin ildönümündə ilk dörd maşını ukraynalılara göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu