İlk "Leopard" tankları artıq Ukraynadadır
Polşa Müdafiə Nazirliyi ilk "Leopard 2" tanklarının artıq Ukraynaya gəldiyini açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşakın bəyanatında bildirilir. Yerli “wydarzenia” qəzetinin məlumatına görə, Polşa müdafiə naziri ölkə prezidenti Anjey Dudanın çağırdığı Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edib. “Polşanın ilk “Leopard” tankları Ukraynaya gəlib”, - deyə Blaşak bildirib.
Bu arada Polşa hökumətinin sözçüsü Piotr Müller də ölkənin baş naziri Mateuş Moravetskinin Kiyevə gəldiyi gün ilk bəbirlərin Ukraynaya gəldiyini bildirib. "Polşadan ilk "Leopardlar" qonşularımıza - Ukraynaya getdi. Baş nazir Mateuş Moravetskinin bugünkü səfəri Ukrayna və Avropanın təhlükəsizliyi baxımından qiymətləndirilə bilər. Eyni zamanda, biz Polşa ordusu üçün əlavə tədarüklər və sifarişlər həyata keçiririk. Biz Polşanın təhlükəsizliyinə əhəmiyyət veririk", - deyə Müller twitter-də yazıb.