"Rheinmetall" Ukraynaya əlavə "Leopard 2" tankları verəcək


Alman müdafiə konserni "Rheinmetall" 2024-cü ilə qədər Ukraynaya 14 "Leopard 2" tankı təhvil verəcək. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.


2A4 modifikasiyalı tankların alınması və onların daha sonra Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil verilməsi üzrə sövdələşmənin təşəbbüskarları Danimarka və Hollandiya olub. Müvafiq saziş artıq konsernin rəhbərliyi, həmçinin Almaniya, Hollandiya və Danimarka hökumətlərinin nümayəndələri tərəfindən imzalanıb. Eyni zamanda əməliyyatın dəyəri milyonlarla avro ilə qiymətləndirilir.

Bundan əvvəl Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirmişdi ki, Danimarka Amerika istehsalı olan F-16 qırıcı təyyarələrinin ukraynalı pilotlarına təlim keçməyə başlayıb. Onun sözlərinə görə, Kopenhagen Danimarka F-16 qırıcılarının Ukraynaya verilməsi və onların sayı məsələsinə də baxacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu