Berlin və Kiyev arasında qardaş şəhər sazişi imzalanıb
Almaniyanın paytaxtı Berlin ilə Ukraynanın paytaxtı Kiyev arasında qardaş şəhər müqaviləsi imzalanıb.
Berlin meriyasında keçirilən mərasimdə Berlin əyalətinin baş naziri Kay Veqner və Kiyev meri Vitali Kliçko qardaş şəhər sazişini imzalayıblar.
Veqner çıxışında qardaş şəhər müqaviləsinin Ukrayna ilə həmrəylik əlaməti olduğunu ifadə edərək, "Ukrayna və Kiyevin yanındayıq" - deyə bildirib.
O, Ukraynanın Avropanın azadlığını Rusiyaya qarşı müdafiə etdiyini deyib.
Azadlığın hər cür təcavüzdən daha güclü olduğunu vurğulayan Veqner “Berlin və Kiyev azadlıq şəhərləridir. Şəhərlərimiz demokratik Avropada dinc gələcəyi təmsil edir" - deyə vurğulayıb.
Kiyev meri Kliçko da Almaniyaya Ukraynanı dəstəklədiyinə və çoxlu ukraynalı qaçqını qəbul etdiyinə görə təşəkkür edib.
"Tək olmadığımızı bilmək bizim üçün çox vacibdir. Ukrayna özünü Avropa ailəsinin bir hissəsi kimi görür - deyə o qeyd edib.