“Paytaxtda rus əsgərlər olmasa da, diversantlar var” - Kliçko
Fevralın 26-sı səhər 06:00-a olan məlumata görə, Ukrayna paytaxtı Kiyevdə ikisi uşaq olmaqla 35 nəfər yaralanıb.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev şəhərinin meri Vitaliy Kliçko açıqlayıb.
Onun sözlərinə görə, şəhərdə rusiyalı əsgərlər olmasa da, diversantlar fəaliyyət göstərir.
O qeyd edib ki, Qostomel və Vasilkov ərazilərində döyüşlər gedir.
Kiyev meri şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb və qarşı tərəfin havadan hücum edəcəyini bildirib.