Kliçko Ukraynada avtoritarizm təhlükəsindən danışıb
Kiyev meri Vitali Kliçko Ukrayna prezidenti Volodimir Zelenski ilə fikir ayrılığının səbəblərini açıqlayıb.
O, bu barədə Bild-ə açıqlamasında danışıb.
Merin sözlərinə görə, onun respublika rəhbəri ilə münaqişəsi siyasi rəqabətlə deyil, demokratik qayda və prinsiplərə riayət olunması ilə bağlıdır.
“Bələdiyyə merləri səlahiyyətlərindən məhrum edilir, yerli hökumət hücuma məruz qalır. Hərbi rəhbərliklə münaqişə də geniş miqyas alıb. Belə olmamalıdır ki, bütün idarəetmə prosesləri yalnız bir şəxsə və onun ətrafına tabe olsun. Burada avtoritarizm təhlükəsi var”.
Daha əvvəl Kliçko müsahibəsində bildirmişdi ki, hazırda biz Ukraynanın gələcəkdə hətta mövcud olub-olmayacağından danışırıq. Bununla yanaşı, Kiyev meri Ukrayna siyasətçiləri arasında vəzifələr uğrunda artıq müharibənin getdiyinə diqqət çəkib.