Stoltenberqdən Almaniyada tank açıqlaması: "Əminəm ki, tezliklə bir həll tapacağıq"


NATO-nun baş katibi Yens Stoltenberq Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransı keçirib.


AFN.az xəbər verir ki, Ukraynaya verdiyi dəstəyə görə Almaniyaya təşəkkür edən Stoltenberq, tanklarla bağlı verdiyi açıqlamada "Müttəfiqlər arasında məsləhətləşmələr davam edəcək. Tezliklə ortaq məxrəcə gələcəyimizə əminəm" - deyə bildirib. Almaniyanın Ukraynaya ən çox hərbi, maliyyə və humanitar yardım göndərən ölkələrdən biri olduğunu bildirən NATO baş katibi bildirib ki, bu ölkədən gedən silahlar hər gün Ukraynada insanların həyatını xilas edir.

Rusiya prezidenti Vladimir Putinin yeni hücumlar planlaşdırdığını bildirən Stoltenberq Rusiyanın döyüş meydanında qalib gəlməsinin qarşısını almaqla davamlı sülhün əldə edilə biləcəyini bildirib.

Almaniya naziri Pistorius ilə tank məsələsini də müzakirə etdiyini bildirən Stoltenberq, “Müharibənin bu mühüm anında Ukraynaya daha ağır və daha inkişaf etmiş sistemlər verməli və bunu daha sürətli etməliyik. Mən nazir Pistorius ilə döyüş tankları ilə bağlı görüşü alqışladım və müttəfiqlər arasında məsləhətləşmələr davam edəcək. Əminəm ki, tezliklə bu məsələnin həllinə nail olacağıq” - deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu