Almaniya Ukraynaya göndərəcəyi silah-sursat və hərbi texnikanın tam siyahısını açıqlayıb
Almaniya hökuməti Ukraynaya tədarük edəcəyi silah və hərbi texnikanın tam siyahısını açıqlayıb.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hərbi texnikanın bir hissəsi Bundesverə (Almaniya Silahlı Qüvvələr), bir hissəsi isə hökumətin təşəbbüsü hesabına aparılan modernləşdirmə üzrə sənaye müəssisələrindən tədarük olunacaq.
Almaniyanın Ukraynaya tədarük edəcəyi 100-ə qədər hərbi texnika və silahın siyahısına 7 “Panzerhaubitzen 2000” özüyeriyən qaubitsa, 30 “GEPARD” zenit -tank, o cümlədən 6 min zenit sursatı, IRIS-T hava hücumunda müdafiə sistemi, 3 “MARS” reaktiv yaylım atəş sistemi (sursatı ilə birlikdə), 10 min artilleriya sursatı, 53 min zenit sursatı, odlu silah üçün 5,8 milyon güllə, 10 ədəd müdafiə olunan avtomobil və s. daxildir.