Şolz "Gepard" və "Iris-T"-nin Ukraynaya yaxın həftələrdə çatdırılacağını vəd edib
Almaniya kansleri Olaf Şolz yaxın həftələrdə Ukraynaya "Gepard" özüyeriyən zenit-artilleriya sistemlərinin və "İris-T" sisteminin daha bir partiyasını tədarük edəcəyinə söz verib.
AFN.az-ın məlumatına görə, bu barədə “Spiegel” xəbər verib. Bundestaqda çıxışı zamanı Şolz bildirib ki, yaxın həftələrdə Ukrayna Silahlı Qüvvələri yeni "Gepard" və "IRIS-T" sistemi alacaq. "Biz hazırda Ukraynanın əlavə sursatla təmin olunması istiqamətində işlər aparırıq" - deyə Şolz əlavə edib.
Almaniya da Ukraynaya hərbi yardım çərçivəsində körpüdöşəmə maşınları və yük maşınları da bağışlayıb.