Bayden və Şolz telefonla danışıblar


Almaniya kansleri Olaf Şolzun ABŞ prezidenti Co Baydenlə telefonla danışdığı bildirilib.



Baş nazirlikdən verilən açıqlamada Şolz və Baydenin Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi bildirilib.

Bildirilib ki, kansler Şolz və prezident Bayden Rusiyanın Ukraynaya qarşı davam edən hücumunu pisləmək və Ukraynaya maliyyə, hərbi və humanitar dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Açıqlamada Almaniyanın 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi material yardımı edəcəyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu