Şolz illərlə Ukraynanı dəstəkləməyə hazır olduğunu deyib


Almaniya kansleri Olaf Şolz maliyyə çətinliklərinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.


Bu barədə TASS məlumat yayıb.

Almaniya Sosial Demokrat Partiyasının qurultayında çıxış edən Şolz bildirib ki, Ukraynaya dəstək davam edəcək və Almaniya bu dəstəyi illərlə təmin etməyə hazır olmalıdır. “Əlbəttə, bu, həm də bizim üçün böyük bir maliyyə problemidir” - deyə o qeyd edib.

Olaf Şolz həmçinin müttəfiqə hərbi yardımı “Rusiya prezidenti Vladimir Putinə bir siqnal” adlandırıb: "O, bizim yavaşlamamızı gözləməməlidir. Bu müharibə yəqin ki, hamımızın istədiyi kimi tez bitməyəcək və buna görə də biz bu il, gələn il və ondan sonra da gördüyümüz işi davam etdirə bilməliyik".

Şolz Almaniyanın digər ölkələrin daha zəif olduğu təqdirdə daha böyük töhfə verməyə hazır olduğunu söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu