Şolz Netanyahuya Qəzza zolağında mülki əhalinin qorunmasının vacibliyindən danışıb


Almaniya kansleri Olaf Şolz İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzza zolağının mülki əhalisinin qorunmasının vacibliyindən danışıb.


"RİA Novosti"nin xəbərinə görə, bu barədə Almaniya rəsmi dairələri məlumat yayıb.

“Kansler Almaniyanın İsraillə sarsılmaz həmrəyliyini bir daha təsdiqləyib. O, mülki şəxslərin müdafiəsinin və Qəzza zolağının əhalisinə humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.

Olaf Şolz həmçinin yaralıların Qəzza zolağından Misirə daşınması üçün Rəfah keçidinin açılmasını təsdiqləyib.

Bundan əvvəl Olaf Şolz İran və ya Hizbullahın İsrailə hipotetik hücumunun böyük səhv olacağını bildirmişdi. O, həmçinin vurğulayıb ki, Almaniya hazırkı münaqişədə tamamilə İsrailin tərəfindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu