Olaf Şolz: "Ukrayna NATO-ya üzv olmaq şansının olmadığını anlayır"


Ukraynada anladılar ki, ölkənin hazırda Şimali Atlantika Alyansına (NATO) qoşulmaq şansı yoxdur.


Bu barədə iyunun 22-də Almaniya kansleri Olaf Şolz məlumat verib.

ZDF telekanalı kanslerin sözlərindən sitat gətirərək bildirib ki, Ukrayna hökuməti özü də bəyan edir ki, Rusiya ilə münaqişə vəziyyətində olduğu müddətdə NATO-ya qoşulmaqdan söhbət gedə bilməz.

O, həmçinin əlavə edib ki, NATO və Avropa İttifaqı (Aİ) G7 ölkələri ilə birlikdə effektiv və uzunmüddətli təhlükəsizlik öhdəlikləri hazırlayır. Bununla bağlı kansler vurğulayıb ki, Ukraynanın real döyüş qabiliyyətinin gücləndirilməsi Qərb üçün mütləq prioritetdir.

Bununla yanaşı, Şolz qeyd edib ki, İsveç də öz növbəsində Finlandiyadan nümunə götürərək tezliklə NATO-ya daxil olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu