Şolz: NATO sammiti təhlükəsizliyi qorumaq üçün güclü qətiyyət siqnalı verəcək


Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Liderlərinin Sammiti transatlantik əməkdaşlıq və Alyansın təhlükəsizliyini birgə müdafiə etmək əzmi barədə güclü siqnal verəcək.


AFN.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib. O, Bundestaqdakı çıxışında Almaniya hökumətinin elan etdiyi beynəlxalq təhlükəsizlik strategiyasının Avropanın müdafiəsinin qarantı kimi alman ordusunun gücləndirilməsi məqsədini ehtiva etdiyini deyib.

Almaniya kansleri gələn ildən etibarən ümumi daxili məhsulun (ÜDM) 2 faizini müdafiəyə ayıracaqlarını bəyan edib.

NATO Sammitinin iyulda Vilnüsdə keçiriləcəyini xatırladan Şolz qeyd edib ki, tədbir transatlantik əməkdaşlıq və təhlükəsizliyi birlikdə müdafiə etmək əzmi ilə bağlı güclü siqnal verəcək.

Zirvədə bir sıra qərarların alınacağına diqqət çəkən Şolz, bunların arasında sualtı infrastrukturun təhlükəsizliyinin daha yaxşı qorunmasının olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu