Almaniyada Ukraynaya kömək üçün vergilərin artırılmasını təklif ediblər


Almaniyada Ukraynaya kömək üçün gəlir vergisinin artırılmasını təklif ediblər.



Bunu Avropa ölkələri hökuməti yanında iqtisadi şuranın üzvü Monika Şnitser deyib.

“Xüsusi tədbirlər xüsusi addımlar tələb edir. Hərbi yardım üçün əlavə gəlir vergisi tətbiq etməklə Ukrayna ilə həmrəylik bu çağırışa mümkün cavab ola bilər”, - deyə rəsmi bildirib.

Almaniya kansleri Olaf Şolz Kiyevə adi büdcədən ehtiyac olduğu müddətdə pul ayıracağına söz verib. Onun sözlərinə görə, hakimiyyət planlaşdırıldığı kimi adi büdcədən Ukraynaya dəstəyi koordinasiya edəcək. Hazırkı planlara silah tədarükü üçün səkkiz milyard avro, birbaşa və ya Avropa İttifaqı vasitəsilə Ukrayna büdcəsinə maliyyə yardımı və Almaniyadakı ukraynalı qaçqınlara dəstək üçün altı milyard avrodan çox vəsait daxildir.

Almaniya kansleri həmçinin Ukraynaya beynəlxalq yardımın, o cümlədən hərbi yardımın azaldılmasını təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu