Almaniya Ukraynaya 110 "Leopard" tankını tezliklə çatdıracaq - SƏFİR
Ukrayna tezliklə daha 110 alman "Leopard" 1A5 tankı alacağını gözləyir.
AFN.az xəbər verir ki, bu haqda Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev məlumat verib. O, özünün twitter hesabında belə yazıb: "110 "Leopard" 1A5. Tezliklə!". Səfir həmçinin sosial şəbəkə hesabında zirehli texnikanın fonunda öz fotosunu da paylaşıb.
A.Makeyev texnikanın çatdırılma tarixini dəqiq açıqlamayıb.
Almaniya kansleri Olaf Şolz bildirib ki, Berlin bu ilin əvvəlindən Kiyevə hərbi dəstəyə daha 11 milyard avro xərcləmək niyyətindədir. Almaniya kanslerinin sözlərinə görə, artıq ölkə Ukraynaya 17 milyard avro dəstək verib. Bu məbləğə hərbi, maliyyə və humanitar yardımlar daxildir.