Şolz Ukraynaya kifayət qədər dəstək verilməməsi ilə bağlı ittihamları gülünc hesab edir


Almaniyanın Ukraynaya kifayət qədər hərbi dəstək verməməsi ilə bağlı ittihamlar gülüncdür.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib. Kansler Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi yardımın olmaması ilə bağlı sözlərinə reaksiya verib. "Mən bunu gülünc hesab edirəm. Almaniyanın iştirakının ölçüsünü ələ salmağın mənası yoxdur. Belə böyük öhdəliyin davamlı olaraq rədd edilməsi ağlabatan deyil" - deyə Şolz bildirib.

Kansler aydınlıq gətirib ki, Almaniya bununla bağlı heç kimin məzəmmətinə qulaq asmamalıdır. O, Almaniyanın Rusiya ilə müharibədən sonra həmişəki kimi əməkdaşlığa qayıtmaq istəməsi ilə bağlı ittihamları da rədd edib. "Almaniya kiminsə ittihamlarını dinləməyə borclu deyil. Biz bir çox başqa ölkələrdən daha çox iş görürük. Federal Respublika ən güclü dəstəkçilərdən biridir" - deyə o bildirib.

Xatırladaq ki, Almaniya fevralın 26-da hərbi yardım çərçivəsində Ukraynaya körpüdöşəmə maşınları və yük maşınlarını təhvil verib. Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Leopard 2-nin iki batalyonunu ala biləcəyini bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu