Almaniya Fransa ilə birgə tank və qırıcı layihələri reallaşdıracaq
Almaniya Fransa ilə yeni Əsas Yer Döyüş Sistemi (MGCS) tankı və istehsalında İspaniyanın da iştirak etdiyi yeni Gələcək Döyüş Hava Sistemi (FCAS) qırıcısı üzrə birgə layihələr həyata keçirir.
"RİA Novosti" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
"Mən Fransa ilə gələcək qırıcı və tank, FCAS və MGCS-nin inkişafını davam etdirməyə və onları uğurla həyata keçirməyə qərarlıyam" - deyə Pistorius bildirib.
Müdafiə departamentinin rəhbəri Bundesver konfransında müvafiq bəyanatla çıxış edərək, Almaniyanın iki layihəni tərk etmək niyyəti ilə bağlı bir sıra media orqanlarının bəyanatlarını təkzib edib.