KİV: ABŞ Hindistandan Çini nəzarətdə saxlamaq üçün daha çox işlər görməsini istəyir


Birləşmiş Ştatlar Hindistandan Çini Hind-Sakit Okean regionunda saxlamaq üçün daha fəal səylər göstərməyə çalışacaq ki, bu da Yeni Dehli və Pekin arasında gərginliyin artması riski daşıyır.


AFN.az xəbər verir ki, bu haqda "Bloomberg" material nəşr edib. Agentlik Hindistan rəsmilərinə istinadən bildirib ki, Birləşmiş Ştatlar Vaşinqtonun üzərinə düşən yükün bir hissəsini yüngülləşdirmək üçün Yeni Dehlinin Hind-Sakit okean regionunda diplomatik və hərbi mövcudluğunu artırmağa ümid edir. Xüsusilə, söhbət Hindistan Hərbi Dəniz Qüvvələrinin Hind okeanında, eləcə də Cənubi Çin və Şərqi Çin dənizlərindəki beş nəzarət-buraxılış məntəqəsindən kənarda mövcudluğunun mümkün genişlənməsindən gedir.

"Bloomberg" analitikləri hesab edirlər ki, Amerika hakimiyyətinin belə bir tələbi Hindistan və Çin arasında gərginliyin artması məqsədini güdür. "Hindistan Hərbi Dəniz Qüvvələrinin əlavə iş yükünü öz üzərinə götürmək qabiliyyəti şübhəli olaraq qalır, çünki Çinin artan dəniz üstünlüyü fonunda respublikanın hərbi gəmiləri artıq ildə 300 günə qədər Hind okeanında müntəzəm patrul xidməti ilə məşğul olur" - deyə nəşr yazır. Analitiklərə görə, Hindistan hazırda nəzərdən keçirilən 31 pilotsuz təyyarənin ABŞ-dan alınması hesabına regionda müşahidə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu