ABŞ Hind-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirir
ABŞ 2024-cü ildə Hind-Sakit okean regionunda yeni orta mənzilli raketlər yerləşdirmək qərarına gəlib.
Bu barədə ABŞ-ın Sakit Okean Komandanlığının (USARPAC) nümayəndəsi Rob Fillips “Nikkei Asia” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, SM-6 raketlərinin və “Tomaqavk” qanadlı raketlərinin yerüstü versiyalarının yerləşdirilməsi planlaşdırılır, raketlərin uçuş məsafəsi 500-dən 2700 kilometrə qədər olacaq. Bununla belə, o, raketlərin harada və nə vaxt yerləşdirilə biləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ Ordusu “gözlənilməz hallar zamanı” Asiya müttəfiqlərinin daha da yerləşdirilməsinə ümid edərək, ilk olaraq ABŞ-ın Quamdakı bazasına orta mənzilli raket bölmələri göndərəcək.
USARPAC komandiri Çarlz Flinn də ABŞ-ın planlarından danışarkən bildirib ki, belə tədbirlər ABŞ-ın Çini Tayvanı işğal etməkdən çəkindirmək səylərinin bir hissəsi kimi həyata keçiriləcək.