Yaponiya ABŞ-dan uzaq mənzilli qanadlı raketlər alır


ABŞ Dövlət Departamenti Yaponiyaya uzaqmənzilli qanadlı raketlərin və müvafiq avadanlıqların satışını təsdiqləyib.


ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamada bildirilir ki, ABŞ Dövlət Departamenti Yaponiyaya 104 milyard dollar dəyərində 50 ədəd "JASSM-ER" uzun mənzilli qanadlı raket və əlaqədar avadanlıqların göndərilməsinə icazə verib.

Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərilib.

ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya paketin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayır.

Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu