ABŞ Yaponiyaya “Tomahawk” qanadlı raketinin satışını təsdiqləyib

ABŞ hakimiyyət orqanları Yaponiyaya 2,35 milyard dollara 400-ə qədər “Tomahawk” qanadlı raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.
Bu barədə ABŞ Müdafiə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Dövlət Departamenti müvafiq qərar qəbul edib. Qərarla bağlı bildiriş Konqresə göndərilib.
Yaponiyaya 200-ə qədər "Tomahawk Block IV" raketi, eyni sayda "Tomahawk Block V" və 14 "Tactical Tomahawk Weapons Control System" (TTWCS) satılacağı gözlənilir.
Daha əvvəl məlum olub ki, Yaponiya ABŞ-dan “Tomahawk” raketlərini almağa planlaşdırıldığı kimi 2026-cı ildə deyil, bir il əvvəl başlayacaq. Bu qərar ölkələrin müdafiə nazirləri Minoru Kihara və Lloyd Ostin arasında aparılan danışıqlar zamanı qəbul edilib.