ABŞ Tayvana 500 milyon dollarlıq F-16 infraqırmızı axtarış izləmə sisteminin satışını təsdiqləyib


ABŞ Dövlət Departamenti Çinlə suverenlik münaqişəsində olan Tayvana F-16 infraqırmızı axtarış və izləmə sistemləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.


ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamaya görə, Dövlət Departamenti Tayvana 500 milyon dollar dəyərində F-16 infraqırmızı axtarış və izləmə sistemi və əlaqədar avadanlıqların satışına razılıq verib.

Açıqlamada satışın təsdiqlənməsi ilə bağlı Konqresə bildiriş göndərildiyinə diqqət çəkilərək, bu avadanlıqların satışının və Tayvana dəstəyin bölgədəki əsas hərbi balansı dəyişməyəcəyi qeyd edilib.

Bayden administrasiyası mart ayında Tayvana F-16 arsenalları və müvafiq avadanlıq da daxil olmaqla 619 milyon dollar dəyərində silah satışını da təsdiqləyib.

Çin ABŞ-ı Tayvana silah satışını və hərbi əlaqələri kəsməyə dəvət edir.

Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə olaraq o deməkdir ki, ABŞ administrasiyası üçün satışa etiraz yoxdur.

ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayır.

Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu