Çin Tayvana silah satan ABŞ şirkətlərinə sanksiya tətbiq edəcək
Çin suverenlik mübahisəsi olduğu Tayvana silah satdığı üçün ABŞ-ın iki müdafiə şirkətinə sanksiya tətbiq edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin administrasiyası ABŞ-ın "Lockheed Martin" və "Northrop Grumman" şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Mərkəzi ofisi Missuri ştatının Sent-Luis şəhərində yerləşən "Lockheed Martin"in radar istehsalçısı bölməsinin avqustun 24-də Vaşinqton administrasiyası tərəfindən təsdiqlənən F-16 avadanlıqlarının satışı üçün əsas podratçı olduğunu ifadə edən sözçüsü Mao, "Northrop Grumman"ın da ABŞ-dan Tayvana çoxlu sayda silah göndərdiyini deyib.
Mao Tayvana silah satışının "bir Çin prinsipini və əsasını təşkil edən Üç Birgə Bəyannaməni pozduğunu" söyləyib.
Vaşinqton administrasiyası avqustun 24-də Tayvana 500 milyon dollar dəyərində F-16 infraqırmızı axtarış və izləmə sistemi və müvafiq avadanlıqların satışını təsdiqləyib.