Şoyqu Qərbin NATO qüvvələrinin Asiyada irəlilədiyini deyib


Qərbin "Avro-Atlantik və Hind-Sakit okean regionunun təhlükəsizliyinin bölünməzliyi" konsepsiyası NATO qüvvələrinin Asiyada görünməsinə haqq qazandırmaq məqsədi daşıyır.


"RİA Novosti" yazır ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Pekində təhlükəsizlik məsələləri üzrə 10-cu Syanşan Forumunda çıxışı zamanı danışıb.

"Avropada kəskin böhrana səbəb olan Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır", - deyə o qeyd edib.

Şoyqunun sözlərinə görə, “nüvə arsenalına malik dövlətlər arasında qarşıdurmada iştirak strateji riskləri artırır”.

Rusiya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, son vaxtlar alyansın güc potensialını Asiya-Sakit okean regionunda yerləşdirmək üçün fəal cəhdlər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu