Si Cinpin Asiya-Sakit okean regionunu yeni soyuq müharibəyə sürükləməməyi tələb edib


Çin lideri Si Cinpin deyib ki, Asiya-Sakit okean regionu geosiyasi qarşıdurma meydanına çevrilməməli və yeni soyuq müharibəyə cəlb edilməməlidir.



Siyasətçi qeyd edib ki, regionun firavanlıq və inkişaf tarixi onu nümayiş etdirir ki, inkişafın ancaq əməkdaşlıqla mümkündür. O, bildirib ki, onun olmaması ən böyük riskdir və tədarük zəncirlərinin pozulması heç kimin marağında deyil.

Oktyabrın 20-də Ağ Ev Asiya-Sakit Okean regionunda Rusiya və Çini cilovlamaq üçün Konqresdən iki milyard dollar istəyib. Bildirilir ki, yeni vəsait Çinin “iddialı” mövqeyi ilə üzləşən ABŞ müttəfiqlərinə dəstək olmaq, habelə Rusiya hərbi texnikasından imtinanı təşviq etmək üçün istifadə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu